AZ

İsrail Hərbi Hava Qüvvələri İranın 400 hədəfini vurub

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri bir gündə İranın qərb və mərkəzbölgələrində 400 hərbi və sənaye obyektinə zərbə endirib.

Trend xəbər verirki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) mətbuat xidmətiməlumat yayıb.

Ordunun mətbuat xidmətinin açıqlamasında qeyd olunur: “İsrailHərbi Hava Qüvvələri son 24 saat ərzində İranın qərb və mərkəzbölgələrindəki hədəflərə qarşı genişmiqyaslı zərbələr endirib vəballistik raket buraxılış qurğuları ilə silah istehsalımüəssisələri də daxil olmaqla 400-dən çox hədəfi vurub”.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Seçilən
98
42
az.trend.az

10Mənbələr