EN

KİV: ABŞ-də müğənni Rihannanın evinə atəş açıb

ABŞ-nin Los-Anceles şəhər polisi 30 yaşlı qadını amerikalı müğənni Rihannanın (Robin Riaanna Fenti) Beverli Hillsdəki evinə atəş açmaqda şübhəli bilərək saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Los Angeles Times" qəzeti mənbələrə istinadən xəbər verib.

Mənbələrin məlumatına görə, avtomobildə olan qadın müğənninin malikanəsinə təxminən 10 atəş açıb, güllələr evin divarına dəyib. Rihanna atəş zamanı binada olub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində heç kim xəsarət almayıb. Hücumun səbəbi hələ açıqlanmır. (Report)

Chosen
81
3
bakivaxti.az

10Sources