EN

Messinin Barselona ya dönüşünə Laporta imkan verməyib

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Barselona"nın keçmiş məşqçisi Xavi Lionel Messinin ikinci dəfə kluba dönüşünün alınmamasının təfərrüatlarını açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə "La Vanguardia"ya verdiyi müsahibədə danışıb:

"Messinin 2022-ci il dünya çempionatından sonra "Barselona"ya qayıtması artıq həll olunmuşdu. Leo qayıtmaq istəyirdi, La Liqadan da icazə almışdıq. Amma Laporta transferi dayandırdı... O, mənə dedi ki, Messi qayıtsa, maaş müharibəsi başlayacaq və o, buna imkan verə bilməz.

Laporta heç vaxt Messinin "Barselona"ya qayıtmasına imkan verməyəcək. Bu məsələdə La Liqanın və ya Leonun atasının pul istədiyi yalandır. Bütün məsuliyyət Laportanın üzərindədir".  

Qeyd edək ki, Messi hazırda "İnter Mayami"nin formasını geyinir. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
95
2
sport24.az

3Sources