AZ

Xavi Laportanı ittiham etdi: Messinin qayıtması üçün hər şey razılaşdırılmışdı, amma o...

“Barselona”nın sabiq baş məşqçisi Xavi maraqlı açıqlama verib.

Publika.az xəbər ki, o, klub prezidenti Xuan Laportanın "Barsa"nın əfsanəsi Lionel Messinin qayıdışına mane olduğunu bildirib. Xavinin sözlərinə görə, argentinalı ulduzun transferi demək olar ki, razılaşdırılmışdı:

“2023-cü ilin yanvarında, Leo dünya çempionu olandan sonra onunla əlaqə saxladıq. O, mənə dedi ki, “Barselona”ya qayıtmaq istəyi var. Mən onu komandada görürdüm”, – deyə Xavi bildirib.

O qeyd edib ki, daha sonra klub prezidenti Messinin atası Xorxe Messi ilə müqavilə üzrə danışıqlara başlayıb və hətta liqa rəhbərliyindən də icazə alınıb. Lakin sonda prosesi məhz Laporta dayandırıb.

“Laporta mənə dedi ki, Leo qayıtsa, ona qarşı əsl müharibə başlayacaq və o, buna imkan verə bilməz. Bundan sonra Leo zənglərimə cavab vermədi. Çünki digər tərəfdən artıq bunun mümkün olmadığı bildirilib. Mən atasına zəng edib dedim: "Belə ola bilməz, Xorxe". O isə "Prezidentlə danış" cavabını verdi”, – deyə Xavi əlavə edib.

Seçilən
27
2
publika.az

3Mənbələr