EN

İranın Ekspertlər Şurası yeni ali liderin seçildiyini təsdiqlədi

"İranın yeni ali liderinin soyadı bir neçə gün əvvəl öldürülmüş keçmiş rəhbər Əli Xameneinin soyadı ilə eyni olacaq".

“İki sahil” TASS-a istinadən verdiyi xəbərə görə, bunu İranın yeni liderinin seçilməsində iştirak edən Ekspertlər Şurasının üzvü bildirib.

"Biz İranın yeni liderini seçdik. Yeni ali liderin soyadı da Xamenei olacaq", - deyə şura üzvünün sözlərini "Al Hadath" telekanalı sitat gətirib.

Daha əvvəl ən real namizədin həlak olmuş ali lider Əli Xameneinin oğlu Müctəba Xamenei olduğu hesab edilirdi. Martın 7-də yayılan məlumatlara görə, İran ərazisinə endirilən bombardmanlardan biri nəticəsində Müctəba Xameneinin yaralandığı ehtimal olunur.

Chosen
92
4
ikisahil.az

10Sources