AZ

​İranın yeni Ali Liderinin adı bəlli oldu

İranın yeni Ali Lideri bir neçə gün əvvəl həlak olmuş ölkənin mənəvi lideri Əli Xamenei ilə eyni soyadı saxlayacaq.Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın yeni liderinin seçkilərində iştirak edən Ekspertlər Şurasının üzvü bildirib. "Biz İranın yeni liderini seçdik. Xamenei soyadı yeni Ali Liderdə qalacaq", - şura üzvü "Al-Hadath" televiziyasına bildirib.

Qeyd edək ki, bu yaxınlara qədər bu vəzifəyə ən çox ehtimal olunan namizədin Xameneinin oğlu Müctəba olduğu düşünülürdü. Şənbə günü Müctəba Xameneinin bombardmanlarından birində yaralandığı haqda məlumat yayılmışdı.

Seçilən
85
5
metbuat.az

10Mənbələr