Ajans.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu İranın yeni liderinin seçilməsində iştirak edən Ekspertlər Şurasının üzvü bildirib. "Biz İranın yeni liderini seçdik. Yeni ali liderin soyadı da Xamenei olacaq", - deyə şura üzvünün sözlərini "Al Hadath" telekanalı sitat gətirib. Daha əvvəl ən real namizədin həlak olmuş ali lider Əli Xameneinin oğlu Müctəba Xamenei olduğu hesab edilirdi. Martın 7-də yayılan məlumatlara görə, İran ərazisinə endirilən bombardmanlardan biri nəticəsində Müctəba Xameneinin yaralandığı ehtimal olunur.