EN

Türkiyənin tanınmış aktrisasının villası yandı, özü isə xəstəxanaya yerləşdirildi

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin tanınmış aktrisası Aslıhan Karaların İstanbulun Beykoz rayonunda yerləşən villasının çardağında yanğın baş verib.

Oxu.Az İHA agentliyinə istinadən xəbər verir ki, yanğının baş vermə səbəbi bilinmir.

Hadisə yerinə dərhal yanğınsöndürən, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Evi bürüyən qatı tüstünün içindən çətinliklə çıxan Aslıhan Karalar tüstüdən zəhərləndiyi üçün xəstəxanaya aparılıb.

Yanğın nəticəsində villanın çardaq hissəsi istifadəyə yararsız hala düşüb. Aktrisanın həyati təhlükəsinin olmadığı və səhhətinin yaxşı olduğu bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
103
5
oxu.az

6Sources