İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın intensiv hərbi əməliyyatlar apara biləcəyini bəyan edib.
Publika.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
SEPAH-ın sözçüsü Əli Məhəmməd Naininin sözlərinə görə, İran Silahlı Qüvvələrinin ABŞ və İsrailə qarşı azı altı ay ərzində intensiv hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər arsenal və resursları var.
O bildirib ki, ballistik raketləri, pilotsuz uçuş aparatları və hücum gəmilərini əhatə edən arsenal genişmiqyaslı və uzunmüddətli müharibə üçün nəzərdə tutulub.