AZ

İran neçə ay intensiv hərbi əməliyyatlar apara biləcək? - SEPAH açıqladı

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın intensiv hərbi əməliyyatlar apara biləcəyini bəyan edib.

Turkustan.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

SEPAH-ın sözçüsü Əli Məhəmməd Naininin sözlərinə görə, İran Silahlı Qüvvələrinin ABŞ və İsrailə qarşı azı altı ay ərzində intensiv hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər arsenal və resursları var.

O bildirib ki, ballistik raketləri, pilotsuz uçuş aparatları və hücum gəmilərini əhatə edən arsenal genişmiqyaslı və uzunmüddətli müharibə üçün nəzərdə tutulub.

O qeyd edib ki, ABŞ və İsrailin 200-dən çox obyektinə hücum edilib ki, bunların təxminən 60%-i regiondakı ABŞ bazalarına, 40%-i isə İsrail hədəflərinə yönəlib./publika.az

Seçilən
74
5
turkustan.az

6Mənbələr