EN

İranda yanacaq anbarına zərbə endirildi: Ölənlər var

BAKI, 8 mart. TELEQRAF

İsrail və ABŞ hərbi təyyarələrinin İranın Kərəc şəhərində yerləşən Fərdis neft anbarına endirdiyi zərbələr nəticəsində 6 nəfər həlak olub, 21 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, qabaqcadan görülmüş mülki müdafiə tədbirləri sayəsində yanacaq şəbəkəsinin işində fasilə yaranmayıb. Hazırda Əlborz vilayəti və paytaxt Tehranda yanacaq təminatı və xidmət göstərilməsi normal qaydada davam edir.

İlkin məlumatlara görə, hücum nəticəsində həlak olanlar və yaralananlar arasında həm obyektin işçiləri, həm də neft anbarının yaxınlığında yaşayan sıravi vətəndaşlar var.

Chosen
119
46
teleqraf.com

10Sources