Bakı. Trend:
Martın 9-da gözlənilən hava proqnozu açıqlanıb.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən xəbərverilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdəfasilələrlə yağıntılı olacağı gözlənilir. Mülayim şimal-qərb küləyiəsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq.Atmosfer təzyiqi 769 mm civə sütunundan 774 mm civə sütununayüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabiryağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağıgözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşamyağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayimqərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-11° isti, dağlardagecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz0-5° şaxta olacaq.