EN

"Marsel"ə bir qol bəs etdi

Fransa Liqa 1-in 2025/2026 mövsümünün 25-ci turunda maraqlı qarşılaşma baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, "Tuluza" öz meydanında "Marsel" ilə üz-üzə gəlib.

Tuluza şəhərində yerləşən Tuluza stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın baş hakimi Bastyen Deşepi olub.

Görüşdə yeganə qol 18-ci dəqiqədə Meyson Qrinvud tərəfindən vurulub. "Marsel" yarımmüdafiəçisi penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını önə çıxarıb.

25 turdan sonra "Marsel" 46 xalla turnir cədvəlində 3-cü sıradadır. "Tuluza" isə 31 xalla 12-ci pillədə qərarlaşıb.

Növbəti turda "Marsel" evdə "Oser" ilə qarşılaşacaq (13 mart), "Tuluza" isə səfərdə "Metz" ilə üz-üzə gələcək (15 mart).

Chosen
74
90deqiqe.az

1Sources