EN

Əli Laricani Azərbaycan barədə danışdı: KONSTRUKTİV BÖHTAN

Musavat.com xəbər verir ki, İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani regiondakı gərginlik fonunda Azərbaycanla bağlı açıqlama verib. O bildirib ki, İsrail İranla region ölkələri, o cümlədən Azərbaycan arasında qəsdən və hiyləgərliklə münaqişə yaratmağa çalışır.

Laricaninin sözlərinə görə, İranın strategiyası qonşu ölkələrlə münasibətləri qorumaqdır və bu ölkələrin əraziləri İranın milli təhlükəsizliyinə qarşı istifadə edilmədiyi müddətdə Tehran gərginlikdən qaçmağa çalışacaq. O həmçinin qeyd edib ki, Azərbaycanla yaranan problemlərin dialoq yolu ilə həlli daha məqsədəuyğundur.

Lakin bu açıqlama İran daxilində baş verən siyasi proseslər fonunda xüsusi diqqət çəkir. Çünki Laricani hazırda İran hakimiyyət sistemində ən yüksək səviyyəli və təsirli fiqurlardan biridir və onun statusu adi siyasi bəyanat verən siyasətçi ilə müqayisə edilə bilməz.

Əli Laricani İranın Milli Təhlükəsizlik Ali Şurasının katibidir (SNSC). O bu vəzifəyə 5 avqust 2025-ci ildə prezident Məsud Pezeşkian tərəfindən təyin olunub. Bu post İranın təhlükəsizlik, hərbi strategiya və regional siyasətinin formalaşmasında əsas qərar mərkəzlərindən biri sayılır.

Laricaninin siyasi çəkisi xüsusilə 28 fevral 2026-cı ildə Ali dini lider Əli Xameneyinin ölümündən sonra daha da artıb. Məhz o, ölkədə yeni ali lider seçilənə qədər idarəetməni təmin edəcək müvəqqəti rəhbərlik şurasının yaradıldığını elan edən şəxs olub və keçid dövrünün əsas siyasi vasitəçisi kimi çıxış edir.

Hazırda Laricani İranın ABŞ və İsraillə qarşıdurması şəraitində aparılan hərbi və strateji fəaliyyətlərin koordinasiyasında ən yüksək rütbəli təhlükəsizlik rəsmisi hesab olunur. Bir sıra beynəlxalq analitiklər onun mövcud vəziyyətdə İranın de-fakto dövlət və hökumət başçısı kimi çıxış etdiyini qeyd edirlər.

Bununla yanaşı, Laricani eyni zamanda Məsləhət Şurasının (Expediency Discernment Council) üzvüdür və ali rəhbərlik institutunun xüsusi məsləhətçisi kimi geniş diplomatik və siyasi səlahiyyətlərə malikdir.

Bizə görə (Musavat.com) Laricaninin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər yalnız bir siyasətçinin şəxsi mövqeyi kimi deyil, İranın hazırkı siyasi sistemində real güc mərkəzlərindən birinin mövqeyi kimi qiymətləndirilir.
Laricaninin son açıqlamaları daha çox İranın hərbi və radikal dairələrinə ünvanlanan mesaj xarakteri daşıyır.

Laricani özünü həmin düşərgəyə yaxın göstərməyə çalışır və bunun üçün Azərbaycana qarşı sərt ritorikaya qoşulur. Onunnbu açıqlması əslində konstruktiv böhtan kimi qiymətləndirilə bilər.

Bu davranış müəyyən mənada SEPAH-a ünvanlanməş belə bir mesaj kimi də şərh olunur:

“Biz də sizin mövqedəyik, biz də Azərbaycana qarşı sərt danışırıq".
Lakin istər Laricani, istərsə Azərbaycanı hədəfə alan hər kim olsa, bir zəhmət öz nifrin və böhtanlarını başqa səmtə yönəltsinlər. İranı bombalayan ABŞ və İsraildir. Siz Azərbaycanda nə axtarır və nə atdırırsız?

Musavat.com

Chosen
10
14
musavat.com

10Sources