EN

İran İraqda ABŞ hərbi bazasına HÜCUM ETDİ – VİDEO

İraqın Ərbil şəhərində yerləşən və ABŞ hərbçilərinin istifadə etdiyi hərbi obyekt pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Safaq News portalı məlumat yayıb. Bildirilir ki, hücum Ərbil beynəlxalq hava limanının yaxınlığında yerləşən hərbi bazanın ətrafında baş verib.

Məlumata görə, hava limanı ətrafında ən azı üç güclü partlayış qeydə alınıb. Hücum edən pilotsuz uçuş aparatlarına qarşı zenit qurğularından atəş açıldığı bildirilir.

Qeyd olunur ki, bu, son bir neçə saat ərzində ABŞ-a məxsus obyektə qarşı həyata keçirilən ikinci hücumdur. Hadisənin nəticələri və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Sara

Chosen
42
24
nocomment.az

10Sources