EN

Azərbaycan və Kot-d’İvuar XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr olub (FOTO)

Bakı. Trend:

Azərbaycanın nümayəndə heyəti Kot-d’İvuar Respublikasının Abicanşəhərində səfərdə olub.

Bu barədə Trend-əXarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumatverilib.

Bildirilib ki, Xarici İşlər Nazirliyi heyətinə nazir müaviniYalçın Rəfiyev, SOCAR heyətinə isə qurumun prezidenti Rövşən Nəcəfrəhbərlik edib.

Səfər çərçivəsində Y.Rəfiyev ilə Kot-d’İvuarın xarici işlər,Afrika inteqrasiyası və diaspor naziri Niale Kaba arasında təkbətəkgörüş keçirilib.

Görüşdə Azərbaycanla Kot-d’İvuar arasında münasibətlərintərəfdaşlıq ruhunda inkişaf etdiyi, ölkələrimiz arasında çoxtərəflimünasibətlərin inkişafı üçün geniş imkanların olduğu qeydedilib.

Daha sonra iki ölkənin Xarici İşlər nazirlikləri arasında ilksiyasi məsləhətləşmələr baş tutub. Nazir müavinlərinin rəhbərliyiilə keçirilən məsləhətləşmələrdə hər iki ölkənin müvafiq səfirlərivə nümayəndələri iştirak edib.

Siyasi məsləhətləşmələr zamanı beynəlxalq platformalarçərçivəsində səmərəli və konstruktiv münasibətlərə istinadedilərək, ikitərəfli əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətivurğulanıb.

Bununla yanaşı, ölkələrimizin xarici siyasət prioritetləri,qarşılıqlı maraq doğuran regional və beynəlxalq mövzular barədəətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə ölkələrimiz arasında inkişaf edən siyasi münasibətləriniqtisadi, enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı vəhumanitar-mədəni sahələrdə səmərəli əməkdaşlığın gücləndirilməsiüçün əlverişli əsas yaratdığı qeyd olunub.

Səfər zamanı SOCAR Prezidentinin Kot-d'İvuarın Mədənlər, Neft vəEnergetika Nazirliyinin, həmçinin Nazirliyin Karbohidrogenlər üzrəbaş direktorluğunun, eləcə də Kot-d'İvuarın milli neft şirkəti olan"PetroCI"nin rəhbər heyəti ilə görüşləri keçirilib. Ölkələrimizarasında enerji sahəsində əməkdaşlıq perspektivləri, o cümlədənneft və qaz sektorunda birgə layihələrin həyata keçirilməsi,investisiya imkanları və enerji təhlükəsizliyi məsələləri müzakirəolunub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
106
12
az.trend.az

10Sources