EN

Ağır cəzadan qaça bilmədi

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Cek Fletçer gözlənilən aqibətlə üzləşib."Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”in yarımmüdafiəçisi rəqibini təhqir etdiyi üçün ağır cəzaydan qaça bilməyib. 18 yaşlı futbolçu Liqa Kuboku çərçivəsində keçirilən “Barnsli” ilə matçda (2:5) qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. Cek rəqibin ona qarşı kobud oyunundan sonra sərt ifadə ilə reaksiya verdiyi üçün 6 oyunluq diskvalifikasiya olunub. Yeniyetmə futbolçu 1500 funt sterlinq məbləğində cərimələnib və xüsusi təhsil proqramına cəlb olunub.Qeyd edək ki, Fletçer bu mövsüm MY-nin əsas komandasında 3 oyunda meydana çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
icma.az

2Sources