EN

Millimizin baş məşqçisi: "İstəyirdik ki, ən azı bir xal qazanaq"

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan yığması ilə səfərdə keçirilən oyundan (0:1) sonra danışıb.

Sportal.az xəbər verir ki, yığmamızın çalışdırıcısı AFFA-ya açıqlamasında məğlubiyyəti bu cür şərh edib: 

"Təəssüflər olsun ki, minimal hesabla məğlub olduq. İlk oyundan sonra istəyirdik ki, bu qarşılaşmada ən azı 1 xal qazanaq. Rəqibi yaxşı təhlil etmişdik, komandanın gücünü, futbolçularının səviyyəsini bilirdik. Birinci hissədə bizi səhv etməyə məcbur etdilər və qapımıza yol tapdılar. Qarşıdakı oyunlarda yaxşı nəticə qazanmaq üçün tez bir zamanda səhvlərimizi analiz edib, onları aradan qaldırmağa çalışacağıq". Qeyd edək ki, millimiz növbəti oyununu aprelin 14-də səfərdə Andorra seçməsinə qarşı keçirəcək.

saytlarin hazirlanmasi

Chosen
23
1
sportal.az

9Sources