EN

Pezeşkiandan anlaşılmaz addım Putinlə Azərbaycana dron hücumundan danışıb

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

İran prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Azərbaycana qarşı həyata keçirilən dron hücumu məsələsinə də toxunub. Maraqlıdır ki, Pezeşkian hadisə ilə bağlı Prezident İlham Əliyevə zəng edib üzr istəmək və ya məsələni araşdırmaq əvəzinə, baş verənləri inkar etməyi seçib və hadisəni şayiə kimi təqdim edib.Demokrat.az xəbər verir ki, məlumatı Pezeşkianın ofisinə istinadən Rusiya mətbuatı yayıb.İran prezidentinin sözlərinə görə, rəsmi İran qonşu dövlətlərə hücum etməyi planlaşdırmayıb və belə bir niyyəti yoxdur.“Biz yalnız ərazi bütövlüyümüzü müdafiə etməyə çalışırıq”, – deyə Pezeşkian bildirib.Lakin fakt ondan ibarətdir ki, son günlər Naxçıvan istiqamətində baş verən dron hücumu regionda ciddi narahatlıq yaradıb və məsələ ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Hadisə yerindən görüntülər, video, foto yayılıb və bunu şayiə adlandırmaq üçün zərrə qədər səbəb yoxdur. Belə bir şəraitdə İran rəhbərliyinin məsələni araşdırmaq, baş verənlərin səbəblərini aydınlaşdırmaq və rəsmi Bakıya izahat vermək əvəzinə, hadisəni qəti şəkildə təkzib etməsi suallar doğurur.Musavat.com bildirir ki, regionda onsuz da gərgin olan təhlükəsizlik mühitində bu cür hadisələrə münasibətdə məsuliyyətli və açıq mövqe sərgiləmək vacibdir. Xüsusilə də qonşu dövlətin ərazisinə yönəlmiş hərbi insident iddiaları fonunda hadisənin sadəcə “şayiə” kimi təqdim edilməsi vəziyyəti daha da mürəkkəbləşdirə bilər.Deməli, Məsud Pezeşkian Naxçıvana terror hücumu ilə bağlı üzr istəmək və ya məsələni araşdıracağını bəyan etmək əvəzinə, təkzib yolunu seçib... (Musavat.com)Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
demokrat.az

1Sources