EN

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşdü

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti, regionda artan eskalasiya və bunun regional sabitliyə mümkün təsirləri müzakirə olunub.

İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikasının ərazisini hədəf alan raket buraxılışı və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumları qətiyyətlə pislənilib.

Bu qəbildən hərəkətlərin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, regionda gərginliyin artmasına xidmət etdiyi və təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirdiyi diqqətə çatdırılıb.

Sözügedən hücumlardan dərhal sonra Türkiyə Respublikasının Prezidenti başda olmaqla, Türkiyə tərəfinin Azərbaycana dəstək ifadə edən açıqlamalarına görə minnətdarlıq ifadə olunub.

Azərbaycanın əsas hissəsindən Naxçıvana və əks istiqamət üzrə həyata keçirilən təyyarə reyslərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə uçuşların müvəqqəti olaraq İğdır Hava Limanı vasitəsilə təşkil olunmasının Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi qeyd edilib.

Görüş zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərindən irəli gələn əməkdaşlıq və koordinasiya məsələləri, yüksək səviyyəli səfər və təmaslar ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə olunub.

AzVision.az

Chosen
37
10
azvision.az

10Sources