AZ

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

Martın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti, regionda artan eskalasiya və bunun regional sabitliyə mümkün təsirləri müzakirə olunub.

İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikasının ərazisini hədəf alan raket buraxılışı və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumları qətiyyətlə pislənilib.

Bu qəbildən hərəkətlərin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, regionda gərginliyin artmasına xidmət etdiyi və təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirdiyi diqqətə çatdırılıb.

Seçilən
3
11
aznews.az

10Mənbələr