EN

Trampdan İrana xəbərdarlıq: Bu əraziləri və şəxsləri bombalayacağıq

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən “Epik Qəzəb” adlı hərbi əməliyyat çərçivəsində ölkənin telekommunikasiya sisteminin sıradan çıxarıldığını bildirib.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə o, Florida ştatında keçirilən tədbirdə çıxışı zamanı danışıb.

Trampın sözlərinə görə, ABŞ qüvvələri əməliyyat zamanı İranın rabitə imkanlarını tam iflic edib:

“Biz onların rabitəsini məhv etdik və bütün telekommunikasiya yoxa çıxdı. Onların indi necə əlaqə saxladıqlarını bilmirəm, amma yəqin ki, nəsə bir yol tapacaqlar”.

ABŞ lideri əməliyyat çərçivəsində İranın hərbi donanmasına da ciddi zərbələr vurulduğunu iddia edib. Onun sözlərinə görə, ABŞ qüvvələri artıq İran ordusuna məxsus 42 hərbi gəmini məhv edib. Tramp vurğulayıb ki, məhv edilən gəmilərin bəziləri kifayət qədər böyük olub.

O, İran donanmasına qarşı aparılan əməliyyatın detalları barədə əlavə məlumat verməyib.

Bundan bir qədər əvvəl isə Tramp İrana qarşı daha genişmiqyaslı zərbələrin endiriləcəyini də açıqlayıb. Onun sözlərinə görə, növbəti hücumlar indiyədək potensial hədəflər siyahısına daxil edilməyən əraziləri və şəxsləri də əhatə edə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
globalinfo.az

1Sources