Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çıxış edib.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir çıxışında artan geosiyasi gərginlik və qlobal qeyri-müəyyənlik fonunda Türk Dövlətləri Təşkilatına üzv ölkələri arasında həmrəyliyin, koordinasiyanın və strateji baxışın artan əhəmiyyətini vurğulayıb.