EN

“Müharibə bizə təsir eləmir, Avropaya yaxşılıq edirəm” –-TRAMP

ABŞ Prezidenti Donald Tramp səkkiz müharibəyə son qoyduğunu və daha birinin yolda olduğunu açıqlayıb.

Azpost.info APA -ya istinadən xəbər verir ki, o, bu barədə Floridada çıxışı zamanı bildirib.

Rusiya-Ukrayna müharibəsindən danışan Trampın sözlərinə görə, nifrət çox böyükdür: “Onları bir araya gətirmək çox çətindir. Nə olacağını görəcəyik”.

Tramp deyib ki, Ukraynadakı münaqişənin həlli dəfələrlə yaxın olub.

Eyni zamanda, ABŞ lideri vurğulayıb ki, münaqişənin həlli vəzifəsi olduqca çətindir: “Biz dəfələrlə çox yaxın olmuşuq, amma tərəflərdən biri geri çəkilib. Amma əslində uduzan biz olmuruq, onlar uduzurlar. Bu, bizə çox təsir etmir, çünki bizi ayıran okean var. Mən bunu Avropaya bir yaxşılıq kimi edirəm”.

AzPost.az

Chosen
8
1
azpost.info

3Sources