Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin xarici işlər nazirlərini qəbul edib.
Musavat.com APA-ya istinadla xəbər verir ki, görüş İstanbulda TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində baş tutub.
Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.