EN

İsrail Mehrabad hava limanında SEPAH təyyarələrinə zərbə endirdiyini bildirib

İsrail Müdafiə Qüvvələrinin hava qüvvələri dünən gecə Tehranın Mehrabad beynəlxalq hava limanına zərbələr endirib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, əməliyyat zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Əl-Qüds" bölməsinin 16 təyyarəsi məhv edilib.

Bildirilib ki, hava limanı İranın regional müttəfiqlərinə silah və pul göndərilməsi üçün mərkəz kimi istifadə olunub. İsrail ordusu təyyarələrin Livandakı "Hizbullah" təşkilatına silah daşımaq üçün istifadə edildiyini bildirib. İran Hərbi Hava Qüvvələrinə məxsus bir neçə qırıcı təyyarə də vurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
38
olaylar.az

1Sources