EN

Təkcə serialda deyil, həyatda da eşq yaşayırlar Fotolar

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin məşhur serialı “Uzak Şehir”in “Kaya” və “Zerrin”i haqda eşq iddiaları yayılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, obrazları canlandıran aktyorlar Atakan Özkaya və Dilin Döğer sevgi xəbərlərini öncə təkzib ediblər.

Daha sonra Dilin Döğer həmkarı Atakan Özkaya ilə uzun müddətdir davam edən dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu açıqlayıb:

“Zamanla həyat bizi başqa bir yerə gətirdi və bəli, biz birlikdəyik”.

Bununla belə o, münasibətlərini gizli saxlamağa üstünlük verdiklərini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
1
qafqazinfo.az

2Sources