UFC prezidenti Dana Uayt Bakıda yeni turnir keçirəcəklərini bildirib.
Fanat.Az xəbər verir ki, məlumatı keçmiş prodüsser Jed Qudman şəxsi "X" hesabı üzərindən yayıb.
Uayt "FOX Sport" telekanalına müsahibəsində belə danışıb: "Biz yaxın vaxtlarda Azərbaycana qayıdacağıq. Həmçinin Gürcüstanda turnir keçirmək istəyirik və bu il Cənubi Afrikada da yarış təşkil edə bilərik".
Xatırladaq ki, ötən yay Bakıda ilk dəfə UFC yarışı keçirilib.