Prezident İlham Əliyev Azərbaycana dəstəyinə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkür edib.
Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesabında paylaşım edilib.
“Prezident Kasım-Jomart Tokayevə İran dövləti tərəfindən Naxçıvana edilən hücumları pislədiyinə və Azərbaycanla Qazaxıstan arasında qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə verdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm”, - paylaşımda deyilir.
Tarix: 7 Mart 2026, 11:17