AZ

İlham Əliyev dəstəyə görə Qazaxıstan Prezidentinə təşəkkür edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumlarından sonra dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib.

Prezidentin "X" hesabında bununla bağlı paylaşım edilib.

Paylaşımda deyilir: “Prezident Kasım-Jomart Tokayevə İran dövlətinin Naxçıvana qarşı hücumlarını qətiyyətlə pislədiyinə və Azərbaycan ilə Qazaxıstan arasında mövcud olan qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm”.
Seçilən
23
44
azvision.az

10Mənbələr