EN

Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq

Vətəndaşların yaşadığı yer üzrə qeydiyyata düşməsi qanunvericilikdə öz əksini tapsa da, buna əməl etməyənlər hələ də var. Bunun nəticəsidir ki, son vaxtlar hüquq mühafizə orqanları tərəfindən bu istiqamətdə araşdırmalar gücləndirilib. Qanunların pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulub.

Aznews.az Milli.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Arslan Mikayılov bildirib ki, əgər vətəndaş hər hansı səbəbdən yaşayış yerini dəyişərsə, mütləq İcra Hakimiyyəti orqanına müraciət edərək müvəqqəti qeydiyyata alınmalıdır:

"Qeyd olunan qanunvericiliyin tələblərinə riayət edilmədikdə, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsinə əsasən, 30 manat məbləğində cərimə oluna bilərsiniz. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müvafiq nəzarəti DİN həyata keçirir.

Chosen
108
12
aznews.az

10Sources