EN

Yaşa görə qan təzyiqinin normaları 1 yaşdan 70-ə kimi



Qan təzyiqi insan sağlamlığının ən vacib göstəricilərindən biridir. Təzyiq ürəyin qanı damarlar vasitəsilə bədənə necə pompaladığını göstərir. Normal təzyiq göstəriciləri yaşa görə dəyişə bilər, xüsusilə uşaqlarda və yeniyetmələrdə bu fərq daha çox olur.

Tibbdə qan təzyiqi iki göstərici ilə ölçülür:
Sistolik təzyiq – ürək sıxılarkən yaranan təzyiq
Diastolik təzyiq – ürək boşalarkən damarlar daxilində olan təzyiq
Bu göstəricilər çox yüksəldikdə Hipertoniya, çox aşağı olduqda isə Hipotoniya adlanan vəziyyətlər yarana bilər.


Medicina.az Yaşa görə təzyiq normaları sistemini təqdim edir:

1 yaş
Təxminən 90 / 60 mmHg
2–5 yaş
Təxminən 95 / 65 mmHg
6–9 yaş
Təxminən 100 / 65 mmHg
10–12 yaş
Təxminən 105 / 70 mmHg
13–15 yaş
Təxminən 110 / 70 mmHg

16–20 yaş
Təxminən 110–120 / 70–80 mmHg
21–30 yaş
Təxminən 120 / 80 mmHg
31–40 yaş
Təxminən 120–125 / 80 mmHg
41–50 yaş
Təxminən 125–130 / 80–85 mmHg

51–60 yaş
Təxminən 130–135 / 85 mmHg
61–70 yaş
Təxminən 135–140 / 85–90 mmHg

Təzyiq niyə yaşla dəyişir?

Yaş artdıqca damarların elastikliyi azalır və qan dövranı sistemi əvvəlki kimi çevik olmur. Buna görə də orta yaş və yaşlı insanlarda təzyiq göstəriciləri bir qədər yüksək ola bilər.

Təzyiqə təsir edən əsas faktorlar bunlardır:
qidalanma
stress və həyat tərzi
artıq çəki
fiziki aktivlik
irsi faktorlar

Aygün Musayeva


Chosen
14
medicina.az

2Sources