EN

İlham Əliyev bu liderlərə dəstəyə görə təşəkkür etdi

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

09:43

Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqriyə İranın Naxçıvana etdiyi dron hücumlarından sonra Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin X hesabında paylaşım edilib.

"İran İslam Respublikasının Naxçıvanda mülki infrastruktura qarşı həyata keçirdiyi son dron hücumlarından sonra prinsipial mövqeyinə və həmrəyliyinə görə Slovakiya Prezidenti Peter Pelleqriyə səmimi təşəkkürümü bildirirəm. Azərbaycanın Tehrandan Slovakiya diplomatik heyətinin təxliyəsi zamanı göstərdiyi operativ dəstək ölkələrimiz arasında yüksək səviyyəli və strateji münasibətlərin aydın təzahürü, həmçinin beynəlxalq əməkdaşlığa sadiqliyimizin ifadəsidir" - paylaşımda vurğulanıb.

***

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib.

Bu barədə Azərbaycan Prezidentinin X hesabında paylaşım edilib.

"İran dövləti tərəfindən Naxçıvana edilən hücumları qınadığına və Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə göstərdiyi dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm", - deyə paylaşımda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
44
axar.az

10Sources