ABŞ-ın Tehrana endirdiyi hava zərbələri nəticəsində şəhərdəki bir neçə polis idarəsi ciddi ziyan görüb və yanğınlar başlayıb.
Musavat.com xəbər verir ki, hadisə yerinə toplaşan yerli sakinlər yanan binanı söndürmək əvəzinə, baş verənləri sevinclə qarşılayıblar.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Tehranın mərkəzi küçələrindən birində yerləşən polis məntəqəsinin alovlar içində olduğu, ətrafdakı insanların isə alqışlayaraq şüarlar səsləndirdiyi görünür. Şahidlərin sözlərinə görə, xalq repressiv orqanların sıradan çıxarılmasını rejimə vurulan ağır zərbə kimi qiymətləndirir. Eyni zamanda, bəzi vətəndaşların polislərə yardım etməkdən imtina etdiyi və "Xameneyinin ölümü" xəbərini bayram etdikləri bildirilir.
Bu hadisə İranda xalqla mövcud rejim arasındakı uçurumun nə dərəcədə dərinləşdiyini bir daha sübut edir. Qeyd edək ki, "Operation Epic Fury" (Epik Qəzəb Əməliyyatı) çərçivəsində təkcə martın 2-dən bəri Tehranda 104, 113, 151 və 140 nömrəli polis bölmələri, həmçinin xüsusi təyinatlı polis qüvvələrinin qərargahları məhv edilib.
Musavat.com