EN

Autsayder üçün fürsət oyunu

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Sumqayıt” Premyer Liqanın XXIII turunda bu gün “Karvan-Yevlax”ın qonağı olacaq. Yevlax şəhər stadionunda baş tutacaq görüşə saat 15:00-da start veriləcək.

“Karvan-Yevlax” liqada qalmaq yolunda hər matçına final kimi yanaşmalıdır. Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv 11-ci sıradakı “Kəpəz”dən 9 xal geri qalır. Hər xal itkisi yevlaxlıları aşağı liqaya daha yaxınlaşdırır. Bu mövsüm cəmi bir qələbə qazanan “Karvan-Yevlax” “Sumqayıt”la matça dönüş kimi yanaşır.

“Kimyaçılar” da yaxşı durumda deyil. Liqada ardıcıl xal itkiləri, kuboka vida komanda daxilində atmosferə neqativ təsirini göstərib. Kollektivdə intizamsızlıq da hiss olunur. Təcrübəli ad Nikolo Ninkoviçin son iki matçda qırmızı vərəqə alması, futbolçuların meydanda oyuna məsuliyyətsiz yanaşması buna nümunədir. Xal itkiləri “Sumqayıt”ı avrokubok zonasından uzaqlaşdırıb. 10 xallıq fərq var və “kimyaçılar” özləri də fərqin qapanmasına inanmır. “Kimyaçılar”ın bu durumu autsayder üçün əlavə fürsətdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
futbolpress.az

1Sources