EN

DÇ-2027: Azərbaycan millisi səfərdə Macarıstana qarşı oynayacaq

Azərbaycanın qadın futbolçulardan ibarət yığması bu gün DÇ-2027-nin seçmə mərhələsində növbəti matçını keçirəcək.

SİA xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun komandası səfərdə Macarıstan millisi ilə üz-üzə gələcək.

Qarşılaşma Felksutdakı "Panço Arena"da, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Görüşü Portuqaliyadan olan baş hakim Filipa Pereyra Kunya idarə edəcək.

Qeyd edək ki, milli seçmə mərhələdəki ilk görüşündə Şimali Makedoniya kollektivi üzərində 2:0 hesablı qələbə qazanmışdı.

Müəllif: Ziya Hikmətoğlu
Chosen
30
5
sia.az

6Sources