EN

Premyer Liqamızda üçüncü dövrə start götürür

Bu gün Misli Premyer Liqasında üçüncü dövrəyə - 23-cü tura start veriləcək. 


Manset.az xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək. 

“Karvan-Yevlax” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. 

Hazırda Saşa İliçin komandası 31 xalla 7-ci pillədə qərarlaşıb. Yevlax təmsilçisi isə 7 xalla sonuncu – 12-ci yeri tutur. 

Bu komandaların ilk iki dövrədəki oyunlarında “Sumqayıt” qələbə qazanıb – 4:1 və 2:0. 

Misli Premyer Liqası

23-cü tur

7 mart

15:00. “Karvan-Yevlax” - “Sumqayıt”
Yevlax şəhər stadionu

8 mart

15:00. “Şamaxı” - “İmişli”

19:15. “Qarabağ” - “Araz-Naxçıvan”

9 mart

18:30. “Zirə” - “Kəpəz”

20:30. “Neftçi” - “Turan Tovuz”

10 mart

19:15. “Sabah” - “Qəbələ”

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 10 qol

Bassalu Sambu ("Neftçi") - 9 qol

Velko Şimiç (“Sabah”) - 9 qol

Emin Mahmudov (“Neftçi”) - 7 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Karim Rossi ("Şamaxı") - 7 qol

Dioqo Almeyda ("İmişli") - 7 qol

Chosen
6
2
manset.az

3Sources