Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Arda Güler Avropada 2-ci yerə yüksəldi
“Real” Madridin yarımmüdafiəçisi Arda Güler İspaniya La Liqasının 27-ci turunda “Selta” ilə oyunda (2:1) məhsuldar ötürmə müəllifi olub.
QOL.az xəbər verir ki, 21 yaşlı türk futbolçu görüşün 11-ci dəqiqəsində Aurelien Tchouameniyə assist edib.
Beləliklə, Arda bu mövsüm bütün turnirlərdə etdiyi assistlərin sayına görə “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeşə çatıb.
2025/26 mövsümündə Avropanın “TOP-5” çempionatlarının futbolçuları arasında bütün turnirlər üzrə ən çox assist edən oyunçular aşağlda adları qeyd olunanlardlr:
1. Maykl Olise (“Bavariya”) - 23
2. Arda Güler - 15
3. Bruno Fernandeş - 15
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.