EN

7 saat 18 dəqiqədən az yatanların nəzərinə!

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Alimlər orqanizmin insulinfəaliyyətinə təsir edən ən optimal yuxu müddətini müəyyən ediblər. BMJ nəşrində dərc olunan araşdırmaya görə, gecə ərzində təxminən 7 saat 18 dəqiqə yatmaq ikinci tip şəkərli diabet riskini minimuma endirir.Demokrat.az xəbər verir ki, mütəxəssislər 23 min nəfərdən çox şəxsin məlumatlarını təhlil edərək yuxu ilə maddələr mübadiləsi arasında birbaşa bağlılıq tapıblar.Tədqiqat nəticəsində məlum olub ki, yuxu müddəti ilə sağlamlıq göstəriciləri arasında xüsusi balans mövcuddur. Müəyyən edilən vaxtdan az yatmaq orqanizmdə insulinin mənimsənilməsini çətinləşdirir. Maraqlıdır ki, 7 saat 18 dəqiqədən çox yatmaq da maddələr mübadiləsinə mənfi təsir göstərir. Bu vəziyyət xüsusilə qadınlarda və 40-60 yaş arası insanlarda qlükoza mübadiləsinin pozulması ilə nəticələnə bilər.Həftəsonu çox yatmağın faydası isə hər kəs üçün eyni deyil. İş günlərində yuxusuz qalanlar üçün şənbə və bazar günləri əlavə bir-iki saat yatmaq faydalı hesab olunur. Lakin gündəlik yuxu normasına əməl edənlərin həftəsonu yuxu müddətini həddindən artıq uzatması əksinə, orqanizmdə şəkər göstəricilərinin pisləşməsinə səbəb ola bilər.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
demokrat.az

1Sources