EN

Ağ Ev: ABŞ artıq İran üzərində hava üstünlüyü əldə edib

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ administrasiyası hesab edir ki, ölkənin hərbi aviasiyası İran üzərində artıq hava üstünlüyü qazanıb.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "Fox News" telekanalının efirində bildirib.

ABŞ Silahlı Qüvvələri İran üzərində səmada təsirli şəkildə dominasiya və üstünlük qurub”, – deyə Livitt vurğulayıb.

Bununla belə, o, daha sonra jurnalistlərlə söhbətində daha ehtiyatlı ifadələr işlədərək bildirib ki, ABŞ bu hədəfə doğru sürətlə irəliləyir.

“Bəli, biz buna doğru tam sürətlə irəliləyirik”, - deyə Livitt Pentaqonun ABŞ-nin İran əleyhinə əməliyyat çərçivəsində bir həftə ərzində tam və mübahisəsiz hava üstünlüyü əldə edəcəyi ilə bağlı əvvəlki proqnozlarının qüvvədə qalıb-qalmaması ilə bağlı suala cavab verib.

Ağ Evin sözçüsü həmçinin ABŞ mediasında Rusiyanın Tehrana kəşfiyyat məlumatları ötürə biləcəyi ilə bağlı iddiaların hərbi əməliyyatların gedişinə təsir etmədiyini bildirib. Onun sözlərinə görə, bu məlumatların doğru olub-olmamasının əhəmiyyəti yoxdur.

“Düzünü desəm, bunun olub-olmaması fərq etmir, çünki prezident Donald Tramp və ABŞ Silahlı Qüvvələri İran rejimini darmadağın edir”, - deyə Livitt müsahibəsində bildirib.

Jurnalistlərin əlavə suallarını cavablandırarkən o, bu fikrinin hərbi əməliyyatların gedişinə təsir baxımından əhəmiyyət daşımadığını nəzərdə tutduğunu deyib və ABŞ-nin əməliyyat çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olduğunu vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
1
sherg.az

2Sources