EN

Tom Aspinall: “Ailəmi bir neçə nəsil təmin etmək istəyirəm”

UFC-nin ağır çəkidə çempionu Tom Aspinall məşhur boks promouteri Eddi Hernə məxsus istedad agentliyi olan “Matchroom” ilə imzaladığı müqavilni şərh edib.

İdman.Biz-in məlumatına görə, Aspinall hələ də UFC döyüşçüsü olaraq qalır, lakin indi liqa və digər qurumlarla danışıqlarda dəstək alacaq.

“Biz idmançıların böyük pul qazanmaq üçün çox qısa bir fürsət pəncərəsi var. Karyeramda baş verənləri, son zədələri və hər şeyi nəzərə alsaq, mümkün qədər çox qazanmaq istəyirəm. Bir neçə nəsil ailəmi təmin etmək istəyirəm və mən məhz bunu edəcəyəm” - deyə MMA Fighting Aspinalldan sitat gətirir.

Döyüşçü həmçinin tərəfdaşlıq ideyasının necə yarandığını izah edib. O, Hern və qardaşı Frankın uzaqdan işlədiyini müşahidə etdiyini və onların iş tərzinə heyran olduğunu söyləyib. Aspinallın sözlərinə görə, onlar şəxsən görüşəndə dərhal razılaşıblar.

İdman.Biz
Chosen
73
1
idman.biz

2Sources