EN

Peter Pelleqri Prezident İlham Əliyevə məktub ünvanlayıb

Bakı. Trend:

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqri AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura qarşıpilotsuz uçuş aparatları ilə həyata keçirilmiş hücum, həmçininmülki əhalini təhlükə altına qoyan bu hadisə ilə əlaqədar SlovakiyaRespublikası adından və şəxsən öz adımdan səmimi həmrəyliyimibildirmək istəyirəm.

Biz bu hücumu qətiyyətlə pisləyirik. Bu cür davranışqəbuledilməzdir, beynəlxalq hüququn pozulmasıdır və vəziyyətin dahada gərginləşməsi riskini təhlükəli şəkildə artırır.

Slovakiya Respublikası gərginliyin azaldılmasına və məsələninsülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir.

Eyni zamanda, icazə verin, Tehrandan təxliyə olunmuşdiplomatlarımıza göstərdiyiniz yardıma və qonaqpərvərliyə görəhakimiyyət orqanlarınıza səmimi təşəkkürümü bildirim. Bu çətinvəziyyətdə hakimiyyət orqanlarınızın göstərdiyi dəstəyi yüksəkqiymətləndiririk.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahişedirəm".

Chosen
10
17
az.trend.az

10Sources