EN

"Mançester Yunayted" Hoylund və Reşforddan 80 milyon avro gəlir gözləyir

"Mançester Yunayted" bu yay hücumçular Rasmus Hoylund və Markus Reşfordun satışından 80 milyon avro qazanmağı planlaşdırır.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O "Napoli"nin artıq danimarkalı futbolçunun icarəsi üçün 6 milyon avro ödədiyini və "Mançester Yunayted"in İtaliya klubunun Hoylund üçün əlavə 44 milyon avro ödəməsini gözlədiyini qeyd edib.

"Barselona"nın da Reşfordu "qırmızı şeytanlar"dan 30 milyon avroya transfer etməsi gözlənilir. Kataloniya klubu artıq hücumçu ilə şəxsi şərtlərlə bağlı razılığa gəlib. Lakin "Mançester Yunayted" və "Barselona" arasında danışıqlar hələ də davam edir.

Chosen
81
1
90deqiqe.az

2Sources