ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Qazaxıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına aktiv hərbi əməliyyatlar dayandırılana və vəziyyət tam normallaşana qədər Yaxın Şərqə səyahətdən çəkinməyi tövsiyə edir.
"Unikal" Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tövsiyə Bəhreyn, Misir, İsrail, Yəmən, İordaniya, İraq, İran, Qətər, Səudiyyə Ərəbistanı Krallığı, Küveyt, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Suriyaya şamil edilir.
Bölgədəki Qazaxıstan vətəndaşlarına gücləndirilmiş şəxsi təhlükəsizlik tədbirləri görmək, potensial təhlükəli ərazilərə getməmək, raket təhlükəsi olduğu halda dərhal sığınacağa yollanmaq, yerli hakimiyyət orqanlarının təlimatlarına əməl etmək və Qazaxıstanın xaricdəki idarələri, tur operatorları və hava daşıyıcıları ilə əlaqə saxlamaq tövsiyə olunur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.