Faciəvi şəkildə dünyasını dəyişən müğənni Kamil Sərməsov dəfn edilib.
Bizim.Media xəbər verir ki, onun vida mərasimində sənət dostları toplaşıb.
Baku TV-yə danışan müğənni Bahar Lətifqızı göz yaşlarını saxlaya bilməyib: “Elə bilirəm, qardaşımı itirmişəm”, - deyə, ifaçı qeyd edib.
Xatırladaq ki, sənətçi KamAZ markalı yük avtomobilinin altında qalaraq dünyasını dəyişib.
Hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Sara, Bizim.Media