EN

Kürdəmirdə 6 otaqlı ev yanıb külə döndü - VİDEO

Kürdəmirdə 6 otaqlı ikimərtəbəli ev yanaraq tamamilə külə dönüb. 

"Yeni Sabah" xəbər verir ki, hadisə bu gün rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Zeynalov Raqif Məhərrəm oğluna məxsus ümumi sahəsi 380 kv metr olan ikimərtəbəli 6 otaqdan ibarət olan ev əşyaları ilə birlikdə yanıb.Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.Yanğın söndürülüb və genişləndirilməsinin qarşısı alınıb.Ev yiyəsinin sözlərinə görə yanğın zamanı ona 100 min manatdan çox maddi ziyan dəyib.

Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Davud Tarverdiyev


Telegram kanalımız
Chosen
88
8
yenisabah.az

10Sources