Kürdəmirdə fərdi yaşayış evi yanıb.
Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində qeydə alınıb.
Belə ki, dörd otaq və mətbəxdən ibarət olan ev (ümumi sahəsi 150 kvadratmetr) anidən alışıb.
Hadisə yerinə FHN-in Kürdəmir rayon Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğının qaz sızmasından baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.