Hazırda İrandan Azərbaycana qayıdan Azərbaycana məxsus yük avtomobillərinin, həmçinin Azərbaycandan İrana qayıdan İrana məxsus yük avtomobillərinin Astara, Biləsuvar və Culfa dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılışına başlanılıb.
Bu barədə KONKRET.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2026-cı il 5 mart tarixli 66 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılıb.