AZ

İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı

Ajans.az xəbər verir ki,Nazirlər Kabinetindən verilən məlumata görə, hazırda İrandan Azərbaycana qayıdan Azərbaycan Respublikasına məxsus yük avtomobillərinin, həmçinin Azərbaycandan İrana qayıdan İran İslam Respublikasına məxsus yük avtomobillərinin Astara, Biləsuvar və Culfa dövlət sərhədi buraxılış məntəqələrindən buraxılışına başlanılıb.

Xatırladaq ki, martın 5-də İranın Naxçıvana dron hücumundan sonra Azərbaycanın Nazirlər Kabineti mövcud vəziyyəti nəzərə alaraq, Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin (o cümlədən tranzit məqsədilə yük avtomobillərinin hərəkətinin) müvəqqəti olaraq tam dayandırılması barədə qərar qəbul edib.

Seçilən
64
2
Ajans.az

10Mənbələr