EN

YAP Nərimanov rayon təşkilatı tədbir keçirdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin xanım üzvlərinin iştirakı ilə tədbir keçirib.

"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev açılış nitqi ilə çıxış edərək şəhid ailələrinin xanım üzvlərini 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, Azərbaycan qadınının cəmiyyətdəki yüksək rolundan, şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunmasından geniş bəhs edib.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Hikmət Məmmədov və YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva çıxışlarında vurğulayıblar ki, Azərbaycan qadını cəmiyyətin bütün sahələrində uğurla fəaliyyət göstərir və bu fəallıq onların malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.

Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Azad Hümbətovun anası Leyla Hümbətova və digər şəhid ailələrinin xanım üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidneti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.

Sonra şəhid ailələrinin xanım üzvlərinə gül dəstələri və hədiyyələr təqdim olunub.

Chosen
77
50
unikal.az

10Sources